İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi
Könüllü, özü özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
Birlik 2 yanvar 2001-ci ildə təsis edilib və 7 iyun 2004-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Birlik qeyri hökumət və qeyri-siyasi təşkilatdır. Birliyin sıralarında 114-ən artıq üzvü vardır. Birliyin üzvləri hüquqşünaslar, vəkillər, fərqli sahələri təmsil edən elm adamları, milli qanunvericilik üzrə ekspertlər və fəal gənclərdən ibarətdir. İctimai Birliyin işlərində 15-dən çox fəal könüllü iştirak edir.
Birlikdə 7 nəfərdən ibarət olan İdarə Heyəti fəaliyyət göstərir.
Başlıca məqsəd:
İnsan hüquqları sahəsində əhalinin hüquqi maarifləndirilməsi yolu ilə bu sahədə cəmiyyətin məlumatlılığının yüksəldilməsinə və ölkədə insan haqlarının təmin olunmasına nail olmaqdır.
Əsas prioritetlər:
- İnsan hüquqları
- Qanunun aliliyi
- Yaxşı idarəetmə
Üzvlük.
Milli:
- GCAP - Yoxsulluqla Mübarizəyə qlobal çağırış Azərbaycan milli koalisiyası
- AZPROMO- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu
- Azərbaycan hüquqçular assosiasiyası
- İnsan Alverinin Əleyhinə Şəbəkə
Beynəlxalq:
- İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında beynəlxalq konvensiyaya Əlavə Protokolun təşviqi üzrə Beynəlxalq QHT Koalisyası
- CİVİCUS World Alliance for Citizen Participation - Vətəndaş İştirakçılığı üzrə Dünya Alyansı
- İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Dövlətlərarası Məsləhət Şurası (Moskva şəhəri)- Консультативный совет по защите прав потребителей (при межгосударственном Совете по Антимонопольной политике)
- BMT-in Korrupsiyaya qarşı Konvensiyası üzrə Beynəlxalq Vətəndaş Cəmiyyəti Koalisiya (UNCAC Coalition)
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi təsis edildiyi 2001-ci ildən öz fəaliyyətini insan hüquqları, hüququn aliliyi, yaxşı idarəetmə və iqtisadi idarəetmə kimi sahələrə yönəltməyə nail olmuşdur. Birlik öz fəaliyyətində həqiqəti dəqiq müəyyən etmə, qərəzsiz hesabatlar, insan hüquqları və demokratiya sahəsindəki qanunvericiliyin inkişafına və icrasına dəstəkləmək, mediadan səmərəli istifadə, ictimai vəkillik, yerli və milli insan hüquqları qrupları ilə əməkdaşlıq kimi dəyərləri qazanmışdır. Birliyin hər il hesabatları, insan hüquqlarını və hüququn aliliyini təşviq etməyə yönələn nəşrləri olur.
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi öz fəaliyyətini insan hüquqları, hüququn aliliyi və yaxşı idarəetmə kimi bəşəri dəyərlər üzərində formalaşdırır. Birlik inanır ki, yuxarıda qeyd olunan dəyərləri təşviq etmək və qorumaq vətəndaş cəmiyyətinin fəal iştirakı ilə mümkündür. Birlik peşəkarcasına müxtəlif maraq qruplarını o cümlədən, hökumət, beynəlxalq təşkilatların, QHT-lərin, özəl sektor nümayəndələrini, ictimai fikrə təsir edə bilənləri, elm adamlarını, araşdırmaçıları, mütəxəssisləri, zəif sosial qrupları, fəalları və digər tərəfləri əlaqələndirir və bir yerə gətirir. Birlik müxtəlif qrupları görüşdürmək və birgə işləməklə proseslərin idarə edilməsini, fərdlərin və təşkilatların qarşılıqlı yeni və səmərəli həll yolları üzrə əməkdaşlığı üçün imkan yaradır.
Biz özündə proqram və metodologiyaları əhatə edən strategiyalar ilə işləyirik. Birlik yeniliklərə və dəyişən şəraitə cavab verə bilən qısa və uzun müddətli, habelə coğrafi və sahəvi strategiyalar qurur. Bu da fəaliyyətlərin səmərəliliyinə və uzunmüddətli müsbət təsirlərinə imkan yaradır.
Birliyinin sədri
h.e.n. İradə Cavadova
















