Əlillərin hüquqları ilə bağlı tədbir keçirilib

15.02.2012

İHM İ.B-nin təşkilatçılığı ilə "BMT-nın "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının icrasının monitorinqinə dair hazırlanmış alternativ hesabatın müzakirəsi" mövsusuna həsr olunmuş dəirmi masa keçirilmişdir. Tədbirdə ölkədə fəaliyyət göstərən bir sıra qeyri hökumət təşkilatlarının nümayəndələri, elmi təcrübəyə malik olan ekspert iştirak etmişdir.
Sözügedən alternativ hesabat BMT-nin uşaq Fondunun (UNİCEF) və İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) dəstəyi ilə həyata keçirilən layihə çərcivəsində İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi və əlilliyi olan şəxslərin təmsil olunduğu 10-dan çox təşkilatın təmsil olunduğu koalisiya tərəfindən hazırlanmışdır.

Hesabatın əsas məqsədi əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqini/qiymətləndirməsini və müvafiq milli qanunvericiliyin BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasının tələblərinə uyğunuluğunun təhlilini aparmaqla mövcud olan boşluqları, ziddiyətləri, problemləri və təkminləşdirməyə dair tövsiyyələri əhatə etməklə obyektiv və hərtərəfli məlumatla Komitəni hökümətin təqdim etdiyi hesabata paralel olaraq məlumatlandırmaq və konvensiyanın daha yaxşı icrası məqsədi ilə hökümət qarşısında müvafiq tövsiyyələrin qəbul olunmasına nail olmaqdır.
Tədbirdə çıxış edən İHM İ.B-nin sədri İradə Cavadova əlillərin gündəlik həyatda qarçılaşdıqları problemlərə toxunub və qanunvericilk sahəsindəki mövcud çatışmazlıqlar barədə və Milli Məclisə təqdim olunan (Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi) haqqında qanun layihəsi barəsində danışıb.
Dəyirmi masa iştirakçıları problemlərdən çıxış yollarını müzakirə edərək onların həlli yollarını səsləndirib, bu sahədə çatışmazlıqların aradan qaldırılması üçün birgə səylərin artırılmalı olduğunu söyləyib. Tədbirin sonunda ekspertlər əlillərə dair mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təklif və tövsiyyələrini vermişlər.
Tədbirin davamı fevral ayının sonunda dovlət strukturları və Milli Məclis üzvləri ilə birlikdə keçirilməsi planlaşdırılır.

www.musavat.com/new/Son_xəbər/117955-ƏLİLLƏRİN_HÜQUQLARI_İLƏ_BAĞLI_TƏDBİR_KECİRİLİB_