İnzibati məhkəmələrin ilkin giymətləndirilməsi ilə bağlı tədbir kecirildi

17 fevral 2012-ci il tarixində Britaniyanın Bakıdakı Səfirliyi, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi və "Hüquq və İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə "İNZİBATİ MƏHKƏMƏ İCRAATI: TƏCRÜBƏ VƏ PERSPEKTİVLƏR" mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbirdə inzibati məkəmələrin yarandığı dövrdən ilk altı ay ərzində fəaliyyətinin qiymətləndirilməsinə dair təqdimat və inzibati məhkəmə icraatının praktiki və hüquqi məsələlərinə dair çıxışlar və müzakirələr olmuşdur.
Azərbaycanda fəaliyyət göstərən qeyri hökümət təşkilatlarının nümayəndələri, vəkillər və praktiki hüquqşünaslar və KİV nümayəndələri tədbirdə iştirak etmişdir. Bununla bərabər, Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfiri cənab Piter Beytmen, ATƏT-in Bakı ofisindən hüquq işləri üzrə rəsmisi Nataşa Rasic, GİZ Təşkilatından (Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti) ekspert Tomas Melzer, USAİD-in "Azərbaycanda rəqabətlilik və ticarət" layihəsinin eksperti Sabirə Şıxaliyeva və digər beynəlxalq təşkilatların nümayəndələri tədbirdə iştirak etmişdir.
"İnzibati icraatın praktiki məsələləri" mövzusunda çıxış edən "İnsan Hüquqları üzrə Maarifləndirmə" İB-nin sədri İradə Cavadova inzibati iqtisadi məhkəmələrin ayrılmamasını, inzibati orqanların fəaliyyətinin İnzibati icraat haqqında Qanuna tam uyğunlaşdırılmadığını, inzibati şikayətlərə məhkəmə qaydasında baxılmasının müd­dətləri, inzibati orqanların təsnifatı ilə bağlı çətinliklər və digər problemlər barədə danışdı.
Tədbirdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş "Azərbaycan Respublikasında inzibati məhkəmə icratı: Monitorinq və Qiymətləndirmə" adlı hesabat palyanmışdır. Monitorinq hesabatı ekspert Fərhad Mehdiyev tərəfindən hazırlanmışdır.
"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov inzibati icraatın hüquqi məsələlərinə dair məruzə ilə çıxış etdi.
Tədbirin sonunda inzibati icraat qanunvericiliyinin təkminləşdirilməsinə dair təklif və tövsiyyələrin müvafiq dövlət orqanlarına göndərilməsi qərara alınmışdır.