"Kiçik və orta sahibkarlar üçün hüquqi yardım mərkəzləri" layihəsinin davamı
01.02.2011-31.12.2011
İHM İ.B-yi Аvrоpаdа Təhlüкəsizliк və Əməкdаşlıq Təşкilаtının (АTƏT) Bакı оfisinin maliyyə dəstəyi ilə "Kiçik və orta sahibkarlar üçün hüquqi məsləhət mərkəzləri" аdlı lаyihə həyata keçirir. Layihə çərcivəsində Bakı və Şəki şəhərində orta və kiçik müəssisələr üçün pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir.
Azərbaycanda dayanıqlı iqtisadi inkişaf və mükəmməl idarəetməni təşviq etməyi və öz bizneslərinin həyata keçirmək üçün kiçik və orta müəssisələrin potensialının artırılması məqsədilə ilin sonunadək müxtəlif təlim proqramlarının təşkil olunması da nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində gün ərzində qaynar xətt vasitəsiylə sahibkarlara hüquqi məsləhətlər verilir, onlarla görüşlər təşkil olunur və hüquqi yardım göstərilir.
Bununla əlaqədar olaraq bir neçə informasiya sessiyası, dəyirmi masalar və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə icrası haqqında daha ətraflı məlumatı xəbərlər linkindən izləyə bilərsiniz.
Bakı ofisinin ünvanı: Ü.Hacıbəyov 33/35, mən.66 (Hökumət Evinin yaxınlığı)
Bakı ofisinin tel: (012) 511 63 53
QAYNAR XƏTT: 088 511 6 3 53
(AZƏRBAYCANIN BÜTÜN BÖLGƏLƏRINDƏN ZƏNGLƏR PULSUZDUR)
Şəki Mərkəzinin ünvanı: Şəki şəhəri, 20 yanvar küçəsi (Şəhər prokurorluğu olan kuç. Eksklyuziv Marketin yanı)
Şəki mərkəzinin əlaqə telefonu: (0 177) 4 89 55











