Əmək Hüququ Üzrə Praktikum

Kitab ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondunun maliyyə dəstəyi ilə dərc olunmuşdur.

Bu vəsait Azərbaycan Respublikasının əmək qanunvericiliyinin öyrənilməsi və onun praktiki tətbiqi baxımından bələdçi rolunu oynaya biləcək bir kitabdır.

Vəsaitdə Əmək Hüquqlarının təmin olunmasının Konstitusioan əsaslarına dair qısa məlumatla yanaşı ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq sənədlərin ən mühümlərinin adları sadalanmış və onlara dair qısa şərhlər verilmişdir.

Praktikumda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarının şərhi verilmişdir. Əmək Məcəlləsinin müddəaları şərh olunarkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, müvafiq normativ aktlara istinadlar edilmiş, sənəd nümunələri və həmin nümunələrə dair izahatlar əks olunmuşdur.

Vəsaitin sonunda ən çox işlənilən əmək terminlərinin qısa izahı verilmişdir.

Praktikum Ali məktəb müəllimləri və tələbələri, hüquqşünaslar, həmkralar ittifaqları işçiləri üçün nəzərdə tutulsa da geniş oxucu kütləsi üçün də faydalıdır.