İnsan Hüquqlarının Müdafiəsinə Dair Beynəlxalq və Milli Mexanizmlər
Kitab Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən və təşkilat tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunmuşdur.
Bu kitabda insan hüquq və azadlıqlarının həm universal (insan hüquqlarının müdafiəsinin BMT sistemi), həm regional (insan hüquqlarının müdafiəsinin Avropa sistemi), həm də ölkədaxili mexanizmləri haqqında ümumi və konkret məlumatlar əks olunmuşdur. Kitabda beynəlxalq və milli qeyri-hökümət təşkilatlarının təşəkkül tapması, təkamülü, fəaliyyətinin əsas istiqamətləri, onların beynəlxalq dövlətlərarası qurumlarla qarşılıqlı əlaqələri və əməkdaşlığı, bu əməkdaşlığı müəyyən edən norma və prosedurlar haqqında da məlumatlar, eləcə də onların bəziləri haqqında məlumatlar və onların ünvanları, habelə onlara müraciət qaydalarına dair məlumatlar əks olunmuşdur. Kitabda insan hüquq və azadlıqlarına aid olan və ən çox təsadüf edilən terminlərin izahlı lüğəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı və insan hüquq və azadlıqlarına dair dövlətlərarası müqavilələr, faydalı mənbələr haqqında məlumatlar da öz əksini tapmışdır.
Soraq kitabı hüquqşünaslar və QHT fəalları üçün nəzərdə tutulmuşdur.











