İnsan Hüquqlarının Vəziyyətinə Dair Məlumatlarının Toplanması və Hesabtların Hazırlanması

Bu kitab Norveç Krallığının Azərbaycandakı səfirliyinin və Avrasiya Fondunun dəstəyi ilə təşkilat tərəfindən həyata keçirilən «İnsan hüquqlarının vəziyyətinə dair məlumatların toplanması və hesabatların hazırlanması» layihəsi çərçivəsində hazırlanmışdır.

Bu kitabda Birləşmiş Millətlər Təşkilatı haqqında ümumi məlumat, BMT-nin müqavilə orqanları və dövlətlərin hesabatları, ölkədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının fəalları üçün insan hüquqlarının pozulmasına dair informasiyaların toplanma qaydası, pozuntuların təsnifatı mövzusunda və sairə kimi maraqlı məlumatlar öz əksini tapmışdır.

Məlumat kitabı hüquqşünaslar və QHT fəalları üçün nəzərdə tutulmuşdur.