Uşaq Hüquqları: Qanunvericilik və Şərhi

Bu kitab Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Qeyri-Hökümət Təşkilatları üçün Resurs və Təlim Mərkəzinin maliyyə dəstəyi ilə həyata keçirilən «Uşaq hüquqları sahəsində maarifçilik» layihəsi çərçivəsində dərc edilmişdir.

Oxuculara təqdim edilən bu kitabda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun şərhi ilə yanaşı uşaq hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlər, habelə uşaq hüquqları ilə bağlı kazuslar verilmişdir.

Kitab peşəkar hüquqşünaslar, uşaq hüquqları sahəsində fəaliyyət göstərən dövlət orqanları və qeyri-kommersiya təşkilatları, eləcə də bu sahə ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur.