Qadın hüquqşünaslar üçün vəkillik məktəbi proqramı çərçivəsində «İnsan alveri qurbanlarının müdafiəsinin təşkili»

İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Qadın Hüquqşünaslar Forumu ilə birlikdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın Hüquqşünaslar üçün Vəkillik Məktəbi proqramı çərçivəsində "İnsan alveri qurbanlarının müdafiəsinin təşkili" pulsuz təlim kurslarında iştirak üçün müsabiqə elan edir.

Kurs iştirakçıları Vəkillər Kollegiyasının yeni üzvü olan və ya praktiki fəaliyyətlə məşğul olan qadın hüquqşünaslara, qadın alverinin qurbanlarının müdafiəsinin təşkilinin xüsusiyyətlərini qurbanların şikayətləri və fakt əsasında başlanmış cinayət işlərində müdafiənin təşkili və mülki iddiaların verilməsinə dair biliklər əldə edə biləcəklər.

Kurslarda Ali hüquq təhsilli, vəkillik fəaliyyəti ilə və ya fərdi qaydada hüquq fəaliyyəti ilə məşğul olan QADINLAR və Qadın alverinin qurbanlarına yardım edən QHT- fəalı olan qadınlar iştirak edə bilərlər.

Kursları ölkənin tanınmış vəkilləri aparacaq.

Təqdim olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Diplomun surəti;
  • Tərcümeyi-hal (CV);
  • Ərizə forması;

Kurslarda iştirak etmək arzusunda olanlar 2007-ci il sentyabr ayının 30-na qədər "İnsan Hüquqları Üzrə Maarifləndirmə" İctimai Birliyinə müraciət edə bilərlər.


Email: office@ehr-az.org;
azwomlawyers@gmail.com